Zelenski müharibədən sonra ilk səfərinə çıxdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Onun amerikalı həmkarı Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır.

Bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb.

“Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Xüsusilə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, – deyə prezident yazıb.

Bundan əlavə, Ukrayna lideri ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Comments are closed.

Tərcümə »