Sülhməramlıların ailələri Qarabağda nə gəzir?

0

Rus sülhməramlılarının ailələri də Rusiya vətəndaşlarıdır. Onlar Qarabağa, Bakıya, eləcə də digər rayonlarımıza gəlib-gedə bilərlər. Azərbaycan qanunvericiliyi bunu heç bir halda qadağan etmir. Lakin qadağan edilən onların qeyri-qanuni yollarla, Azərbaycandan xəbərsiz ölkəmizə gəlməsidir. Bu da mütləq şəkildə tənzimlənməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlı kontingentinin hərbçisinin ailəsinin Şuşa-Xankəndi yolundan keçməsindən sonra rus əsgərlərin ailələrinin Xankəndidə olduğu məlumatının üzə çıxmasına münasibət bildirərkən deyib.

O bildirib ki, beynəlxalq təcrübə və qəbul olunmuş qaydalar 6 aydan bir sülhməramlı kontingentin tam heyətlə dəyişdirilməsini nəzərdə tutur:

“Lakin Volkov gəldiyi gündən Azərbaycan ərazisindədir. O, sülhməramlı kontingentə əvvəlcə komandan müavini, indi isə komandan olaraq rəhbərlik edir. Sülhməramlıların uzunmüddətli Qarabağda olduğunu və evə gediş-gəliş məsələsində yaşadığı müəyyən problemi nəzərə alsaq, onların ailələrini ziyarət etməsi insani baxımından mənfi addım deyil. Ancaq biz sülhməramlıların 6 aydan bir dəyişdirilməsini və ailələrinin Azərbaycan ərazisinə gəlməsi üçün yaranan zərurəti aradan qalxmasına nail olmalıyıq”.

Ekspert bildirib ki, Miqrasiya Xidməti də bu sahədə etirazlarını bildirməli, məsələnin qanuni və ya qanunsuz olmasına dair fikirlərini səsləndirməlidir:

“Sülhməramlıların ailələri Bakı hava limanı vasitəsilə ölkəmizə gələrək qeydiyyata düşə, burda qaldıqları müddəti aşmamaq şərti ilə istədikləri vaxt ailə üzvlərini ziyarət edə bilərlər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xankəndidən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvlərinin keçdiyi bildirilmişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »