Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin Şuşaya səfəri başlayıb.
Hazırda diaspor nümayəndələri Şuşada aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olurlar.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə ötən gün Bakıda beynəlxalq forum təşkil olunub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondunun Beynəlxalq şöbəsinin müdiri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü iştirak ediblər.
Ötən gün tədbir çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.