Azərbaycanda cinsi seleksiyanın artdığı görürük.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
Deputat deyib ki, bu, gələcəkdə ciddi problemlər yaradacaq:
“İndiki statistikaya görə, ölkədə 100 qıza 115 oğlan düşür. Bu çox ciddi problemdir. Biz qanunverici və icraedici orqanlar olaraq, bu məsələ haqqında düşünməliyik. Düşünməliyik ki, bunun qarşısını almaq üçün daha nələr edə bilərik, marifləndirici tədbirlər davam etdirilməlidir”.