İmran Xan devrilməsində ABŞ-ın rolundan danışdı

0

“ABŞ-ın bu işlərdə nə qədər rolu var, bilmirəm”.

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın sabiq baş naziri İmran Xan Lahordakı iqamətgahında xarici jurnalistlərə verdiyi müsahibəsində deyib.

Pakistan Ədalət Hərəkatı Partiyasının sədri bildirib ki, ABŞ dövlət katibinin Cənubi və Orta Asiya ölkələri ilə iş üzrə müavini Donald Lu həmin dövrdə Pakistanın Vaşinqtonda səfiri olmuş Məcid Xanla söhbətlərinə və Pakistan parlamentinin deputatlarının İslamabaddakı ABŞ səfirliyində bəzi müzakirələrdə iştirak etdiyinə, görüşlərə qatıldığına diqqət çəkib.

“Bütün bunlarla yanaşı, ABŞ-ın hakimiyyət dəyişikliyində hansısa rolu olduğu barədə məndə dəqiq məlumat yoxdur”, – deyə İ.Xan bildirib.

Sabiq baş nazir hökumətə parlamentdə etimad göstərilməməsi prosesində Pakistan ordusunun komandanı olmuş general Kamar Cavid Bacvanın məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. Bu ilin aprelində qanunverici hakimiyyət orqanının hökumətə etimad səsverməsində lazım olan 172 səs toplana bilməyib və hakimiyyət istefaya göndərilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »