Yunanıstanın Baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bura Brüsseldə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla gizli görüş keçirib.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
“Cümə günü İbrahim Kalın və Anna-Mariya Bura Brüsseldə ən ciddi məxfilik şəraitində görüşüblər. Görüş gərginlik və təhdidlərin sürətlə artmasına baxmayaraq, Almaniya kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə baş tutub”, – məlumatda qeyd olunub.