İnterpolun axtardığı İŞİD terrorçusu Türkiyədə ələ keçdi

0

Türkiyə-Suriya sərhədini keçməyə çalışan İŞİD terrorçusu həbs olunub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, jandarm qüvvələri ilə birgə keçirilən əməliyyat nəticəsində Suriyadan Türkiyəyə keçməyə cəhd göstərən terrorçu Hatay ərazisində tutulub.

Araşdırmalar nəticəsində məlum olub ki, tutulan şəxs “qırmızı bülleten”lə İnterpol xətti ilə beynəlxalq axtarışa verilən İŞİD terrorçusudur.

Hazırda terrorçu ilə bağlı hüquqi prosedurlar davam edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »