Xameneinin bacısı oğlu: Dayımın ölümü ilə sistem dağılacaq

0

Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır.

Axar.az xəbər verir ki, bu sözləri molla rejiminin lideri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani “Əl-Ərəbiyyə” xəbər agentliyinə müsahibəsində deyib.

“İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”, – o bildirib.

Fransada yaşayan Mahmud Muradxani anası və bacısının 2009-cu ildən bəri Əli Xamenei ilə əlaqələrini kəsdiklərini deyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »