Hindistan nüvə raketini sınaqdan keçirib

Hindistan nüvə başlıqlı “Aqni-5” raketini sınaqdan keçirib.

Bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, 5 min kilometr mənzilli “Agni-5” raketi ölkənin şərqindəki Odişa əyalətində yerləşən Əbdül Kalam adasından buraxılıb.

Rəsmilər uzun mənzilli nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketin ölkənin müdafiəsinə dəyər qatacağını və milli təhlükəsizliyi gücləndirəcəyini bildiriblər.

Comments are closed.

Tərcümə »