ABŞ SEPAH-a görə Çin şirkətinə sanksiya tətbiq edib

0

ABŞ hökuməti Çinin təhlükəsizlik kamerası və üztanıma avadanlıqlarının istehsalı ilə məşğul olan “Tiandi Technology” şirkətini qara siyahıya salıb.

Bu barədə “NBC Nyus” telekanalı məlumat yayıb.

Bildirilir ki, şirkət Çin hökumətinə uyğur müsəlmanlarını və digər azlıqları müəyyənləşdirməyə kömək etmək üçün üztanıma texnologiyasını hazırlayıb. Sözügedən texnologiya SEPAH-a da təqdim edilib.

ABŞ Ticarət Nazirliyi bu ölkənin şirkətlərinin “Tiandi Technology” şirkətilə istənilən əməkdaşlığını qadağan edib.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi Çinin 35 texnologiya şirkətinə sanksiya tətbiq etmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »