Bakıda yeniyetmə oğul atasını bıçaqlayıb.
Ictimairey.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Elməddin Ağayev ailə münaqişəsi zəminində atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevi ürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Elməddin Ağayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. E.Ağayev şübhəli şəxs qismində tutulub.