Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Axar.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.
Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. “Boeing 737” markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.