ABŞ iki ölkəni durdurmaq üçün fantastik məbləğ ayırdı

0

ABŞ Konqresi 2023-ci il üçün hərbi büdcəni razılaşdırıb. Konqresin hərbi büdcəsi Nümayəndələr Palatası ilə Senatın komissiyalarında qızğın müzakirələrdən keçib. ABŞ 2023-cü ildə hərbi məqsədlər üçün 858 milyard dollar xərcləyəcək. Bu, astronomik məbləğdir. Misal üçün Amerikanın builki hərbi büdcəsi 778 milyard dolar civarında idi.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilib.

Bildirilib ki, hərbi büdcə imzalanmaq üçün artıq Prezident Co Baydenə göndərilib:

“Ukrayna müharibəsi və Rusiyanı dayandırmaq baxımından Amerikanın gələn il üçün hərbi xərclərinin artırılması nəzərdə tutulub. Hərbi büdcənin 800 milyon dolları Ukraynanın təhlükəsizliyinə xərclənəcək. Əvvəlki büdcədə 500 milyon dollar nəzərdə tutulmuşdu, 300 milyon dollar əlavə edilib. Amerikanın Avropadakı hərbi varlığına 6 milyard dollar ayrılacaq, bu, əvvəlki büdcə layihəsindən 2 milyard dollar artıqdır.

Konqres Qərb ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq, sanksiyaların artırılması və Rusiyanın “böyük iyirmilik”dən çıxarılması yolları üzərində də düşünür”.

Təhlildə qeyd edilib ki, yeni hərbi büdcəyə görə texnoloji xərclər artırılacaq, yeni təyyarələr və gəmilər üzərində çalışmalar davam edəcək:

“Yeni nəsil bombardmançı təyyarələr istehsal ediləcək. ABŞ müdafiə naziri Loyd Ostin “B-21 Raider” tipli təyyarə istehsalını tarixi hadisə adlandırıb. Bu təyyarələr dünyanın istənilən nöqtəsinə adi və nüvə başlıqlı raketlər daşımaq imkanına malikdir. Digər tərəfdən yeni təyyarələr “Stels” texnologiyası kimi hava hücumundan müdafiə sistemlərinin radarlarına düşmür.

ABŞ hərbi büdcəsinin artımı yalnız Rusiyanın işğalçı siyasəti ilə bağlı deyil. Vaşinqton Çini də durdurmaq istəyir. ABŞ Hind-Sakit okean bölgəsindəki xərclərini 11 milyard 500 milyon dollar civarında planlaşdırıb. Bu, həm Çini durdurmaq, həm də Amerikanın bölgədəki müttəfiqlərinə dəstək üçün nəzərdə tutulub. Bu çərçivədə Amerika Tayvanın təhlükəsizliyinin gücləndirilməsi üçün 5 ildə 10 milyard dollar xərcləyəcək”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »