Nazirlik Trampı məsuliyyətə cəlb etmək istəyir

0

ABŞ Ədliyyə Nazirliyi sabiq prezident Donald Trampı məxfi sənədlərin təhvil verilməsi üçün ona göndərilmiş çağırış vərəqəsində göstərilən tələbləri yerinə yetirmədiyinə görə məhkəməyə hörmətsizlikdə ittiham etməyə çalışır.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, iş üzrə dinləmə dekabrın 9-da baş tutacaq. Tramp təqsirkar bilinərsə, onu cərimə gözləyir.

Xatırladaq ki, Trampın Floridadakı mülkündə avqust ayında FTB agentləri tərəfindən axtarış aparılıb. Axtarış Trampın Ağ Evin sənədlərini mənimsəməsi ilə bağlı olub. Məlumata əsasən, Tramp prezident postundan getdikdən sonra həmin sənədləri Mar-a-Laqo malikanəsində saxlayırmış.

Axtarış orderində sabiq dövlət başçısı tərəfindən casusluq qanununun mümkün pozulmasına görə FTB-nin təhqiqat apardığı göstərilib. Prokurorlar bildiriblər ki, məxfi dövlət sənədləri hələ də ortada yoxdur və Tramp onları geri qaytarmalıdır.

 96 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »