Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Frans-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, diplomat bu barədə Tvitterdə yazıb.
“Dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “Frans-24″ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, – L.Abdullayeva vurğulayıb.