Ermənistan hökuməti “Xarici kəşfiyyatın fəaliyyəti və xidməti haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib. Layihə Xarici Kəşfiyyat Xidmətinin yaradılmasını nəzərdə tutur.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
“Xidmət Ermənistanın baş naziri yanında xüsusi orqan kimi fəaliyyət göstərəcək. Yeni bölmə hərbi hissə sayılmayacaq. Bu da onu müxtəlif sahələrdən olan mülki mütəxəssislərlə təmin etməyə imkan verəcək. Üç illik keçid dövrü müəyyən ediləcək, bu müddət ərzində Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və xarici kəşfiyyat vəzifələrini yerinə yetirən digər idarələr bu funksiyaları mərhələli şəkildə yeni xidmətə ötürəcəklər”, – məlumatda deyilir.