Almaniya Ukraynaya yeni hərbi texnika göndərdi

0

Almaniya Ukraynaya 20 ədəd “Dinqo” zirehli transportyoru və 2 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqusu göndərib.

Bu barədə “RBK” məlumat yayıb.

“Yeni yardım paketinə 18 RCH-155 təkərli haubitsa, 80 pikap, 90 dron əleyhinə müdafiə sistemi, səsboğucu sensorlar, iki anqar çadırı və yeddi dəyişdirilə bilən yükləmə maşını daxildir”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, Ukrayna Almaniyadan ümumilikdə 50 “Dinqo” zirehli transportyoru və 12 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqusu alıb.

 92 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »