Mişanın vəziyyəti kritikdir, həkimlər bacarmır

0

Həkimlər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Bu barədə həkim Tengiz Tsuladze məlumat verib.

“Xəstənin vəziyyəti xeyli pisləşib. Bu, kilo itkisi, idrak funksiyalarının pisləşməsi, polineyropatiya, həmçinin əzələ kütləsinin azalması, zəiflik ilə ifadə edilir. Xəstənin ayağa qalxması çətinləşir, təmasda çətinlik çəkir, qızdırması var. Davam edən müalicə səmərəsizdir. Xəstəni proaktiv rejimdə idarə etmək mümkün deyil və müalicə yanaşmaları müxtəlif fəsadlara cavab verməklə məhdudlaşır”, – həkim bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »