Kuleba İrana xəbərdarlıq etdi

0

İran Rusiya ilə hərbi-texniki əməkdaşlığı dərhal dayandırmalıdır. Çünki bunun mənfi nəticələri faydalarından daha çox olacaq.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna Moskva ilə hərbi əməkdaşlıqla bağlı Tehranın hər addımını diqqətlə izləyir. Bu əməkdaşlıq davam edərsə, İran ən ağır nəticələrlə üzləşəcək. Bütün rasional arqumentlər onu deməyə əsas verir ki, bu əməkdaşlığı dərhal məhdudlaşdırmaq lazımdır”, – diplomat bildirib.

O qeyd edib ki, Ukrayna bu məsələ üzərində “bütün cəbhələrdə” işləyir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »