Güney Azərbaycanın Həmədan şəhərindən olan bloger Fərnuş İsmi təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Bu barədə yerli sosial media fəalları məlumat yayıb.
Gənc blogerin ailəsi dekabrın 6-da onun iki həftə əvvəl həbs edildiyini, ancaq təhlükəsizlik məmurlarının təhdidlərinə görə məsələni ictimailəşdirə bilmədiklərini bildiriblər.
Fəalın nədə ittiham edildiyi barədə heç bir məlumat yoxdur.