Xəzər suitilərinin kütləvi ölümünə səbəb nədir?

0

Xəzər dənizində suitilərin kütləvi ölümünə səbəb seysmik aktivlik nəticəsində metan tullantılarının buraxılması ola bilər.

Bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov deyib.

“Şimali və Orta Xəzər regionu karbohidrogenlərlə zəngindir. Müxtəlif seysmik hərəkətlər nəticəsində təkanlar, mikro çatlar, nasazlıqlar yaranır və dibdən təbii qaz çıxır. Təbii qaz isə demək olar ki, tamamilə metandır. Suda zəif həll olunur və səthə qalxır. Əgər müəyyən bir anda havada miqdarı həddən artıq olsa, onda suitilər sinir sistemini məhv edən zəhərli qaz olan metanı uda bilərlər”, – Muxametov bildirib.

Qeyd edək ki, son vaxtlar Xəzər dənizinin Dağıstan sahillərində 2,5 min, Qazaxıstanda 131 Xəzər suiti cəsədi aşkar edilib.

 69 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »