İlham Əliyev Qurbanova “Şöhrət” ordenini təqdim etdi

0

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.

İctimairey.az  xəbər verir ki, o, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

 97 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »