Anar Bağırov yenidən sədr SEÇİLDİ

0

Anar Bağırov yenidən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Bu gün Bakıda Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti konfransı keçirilib.

A.Bağırov bildirib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak ediblər.

O, Kollegiyanın son 5 ildəki fəaliyyəti barədə məlumat verib. Sonra Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmi nümayiş olunub. Daha sonra gündəliyə uyğun olaraq seçkilər keçirilib.

Beləliklə, A.Bağırov növbəti dəfə Rəyasət Heyətinin sədri seçilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »