Kanadada təbii fəlakət: 100 min ev işıqsız qaldı

0

Kanadanın Ontario vilayətində əsən güclü külək səbəbindən 100 mindən çox ev təsərrüfatı və digər tikililər işıqsız qalıb.

Axar.az-ın məlumatına görə, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata əsasən, xüsusilə, Toronto və onun ətraf rayonlarının sakinlərinə təbii fəlakət nəticəsində ziyan dəyib.

Milli Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti 27 m/s-ə çatıb. Nəticədə bölgədə yüzlərlə ağac aşıb, elektrik xətləri sıradan çıxıb.

 72 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »