Ukrayna bu şəhəri ruslara təslim edə bilər – Getman

0

Ukraynanın Baxmut şəhəri hərbi strategiya nöqteyi-nəzərdən önəmli ərazi deyil, lakin şəhəri ruslara təslim etmək olmaz, çünki onlar guya “böyük qələbə”ni təbliğat kimi istifadə edəcəklər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Aleksey Getman çıxış edib.

Ekspert hesab edir ki, taktiki müdafiə çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Lisiçansk və Severodonetsk məsələsində bacarıqla etdiyi kimi, Baxmutdan da geri çəkilmək olar:

“Baxmutun hərbi baxımdan heç bir taktiki əhəmiyyəti yoxdur. Baxmut uğrunda döyüşün emosional və siyasi yükü var. Rusiya həqiqətən də bir az da olsa, qalibiyyət nümayiş etdirməlidir. Artıq yarım ildir ki, orada döyüş əməliyyatları gedir, lakin düşmən nə irəliləmək, nə də şəhəri tutmaq iqtidarındadır. Ukrayna ordusu şəhəri sona qədər saxlayacaq. Əgər düşmən ora çoxlu sayda texnika və hərbi qulluqçu cəmləsə və bu şəhərin hazırda Ukraynanın nəzarətində qalması xalqımızın həyatı üçün ağılsızlıq olsa, biz Lisiçansk və Severdonetskdə etdiyimizi təkrarlayacağıq”.

Hərbi analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində düşmənin böyük qüvvəsini sıxışdırmağı bacarır.

 87 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »