Makron və Fransanın elə mahiyyəti budur – Brayza

0

Nəzərə almaq lazımdır ki, Fransa Senatının və Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamələr heç bir praktik əhəmiyət kəsb eləmir. Bunlar sadəcə olaraq heç bir hüquqi qüvvəyə malik olmayan fikirlərdən ibarət qətnamələrdir.

Bu sözləri Axar.az-a Fransa Senatı və Milli Assambleyasının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri haqqında danışan ABŞ-ın ölkəmizdəki sabiq səfiri və keçmiş Minsk Qrupundakı həmsədri Metyu Brayza deyib.

Brayza Fransanın vasitəçi kimi müzakirələrdə iştirakının qeyri-mümkün olduğunu vurğulayıb:

“Qeyd edim ki, Fransa Prezidenti Makron da Fransa parlamentini idarə bilməyəcəyini ifadə edib. Bu həqiqətdə də belədir. Lakin biz onu da bilirik ki, Fransa və Makron Azərbaycana qarşı başqa addımlar atıb. Onlar İkinci Qarabağ müharibəsində birmənalı şəkildə Bakını günahlandırırdılar. Məsələn, 10 noyabr Üçtərəfli bəyanatı imzalandığı gün Fransada nazirlərdən biri açıq şəkildə Ermənistanı dəstəklədiklərini, Azərbaycanın işğalçı tərəf kimi müharibədə günahkar olduğunu demişdi. Makron da birtərəfli qaydada Azərbaycan əleyhinə çıxışlar edib. Buna görə də hazırki şəraitdə Fransanın vasitəçi rolunu yerinə yetirməsi mümkün deyil. Hesab edirəm ki, Fransa rəsmilərinin bəzən vasitəçilik rollarını yenidən oynamaq istəklərini bildirmələri onların elə özlərinin yaratdıqları siyasi və diplomatik reallıqdan nə qədər bixəbər olduqlarına işarədir. Bu, “biz haqlıyıq”, “hamı bizi dinləməlidir” və “əgər bizim istədiyimizi və dediklərimizi etməsəniz, sizə hücum edəcəyik” kimi tipik təkəbbürlü fransız yanaşmasıdır. Bu, müstəmləkəçi yanaşmadır. Fransanın elə mahiyyəti budur”.

 85 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »