Ermənistan parlamenti Azərbaycan əleyhinə layihəyə “YOX” dedi

0

Ermənistan parlamentində müzakirəyə çıxarılan Azərbaycan Milli Məclisinə qarşı bəyanat layihəsi qəbul edilməyib.

“Sputnik Armenia” xəbər verir ki, layihənin lehinə 29 müxalifətçi deputat səs versə də, yetərli səs toplanmayıb və bəyanat qəbul olunmayıb.

Parlamentdə iqtidarı təmsil edən deputatlar layihənin əleyhinə səs veriblər.

Qeyd edək ki, Azərbaycana qarşı layihəni müxalif “Hayastan” fraksiyası təklif etmişdi. 3 saat davam edən gərgin müzakirələrdən sonra qəbul edilməyən layihənin Azərbaycan Milli Məclisinin noyabrın əvvəlində Ermənistanı pisləyən bəyanatına “cavab xarakteri daşıdığı” bildirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »