Ermənistan tarixi fürsəti dəyərləndirməlidir – Ceyhun Bayramov

0

Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina etmək daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir. Əvəzində, Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir.

“Hər iki tərəfin nəhayət dayanıqlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda ATƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistanı normallaşma prosesini pozmaq cəhdlərindən əl çəkməyə inandırması əhəmiyyətlidir. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”, – deyə Ceyhun Bayramov bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »