Parlament “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsini müzakirəyə çıxarıb.
İctimairey.az xəbər verir ki, layihəni deputat Nigar Arpadarai təqdim edib.
Layihəyə əsasən, deputat Aydın Hüseynovun namizədliyi Azərbaycan-Banqladeş, Elşən Musayevin namizədliyi Azərbaycan-Burundi, Rəşad Mahmudovun namizədliyi Azərbaycan-Efiopiya, Afət Həsənovanın namizədliyi Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının namizədliyi Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun namizədliyi Azərbaycan-Qvatemela, Rafael Hüseynovun namizədliyi Azərbaycan-Livan, Ramil Həsənin namizədliyi Azərbaycan-Nepal, Emin Hacıyevin namizədliyi Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin namizədliyi Azərbaycan-Panama, Cavid Osmanovun namizədliyi Azərbaycan-Sudan və Elman Nəsirovun namizədliyi Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilməsi ilə bağlı irəli sürülüb.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.