Xaçmazda ər arvadını bıçaqlayıb

0

Xaçmaz rayonunda ər arvadını bıçaqlayıb.

“Report”un Şimal bürosunun xəbərinə görə, 1995-ci il təvəllüdlü Emin Nəsir oglu Mirzəyev həyat yoldaşı, rayonun Armudpadar kənd sakini 1997-ci il təvəllüdlü Aytən Nəbi qızı Mirzəyevaya mübahisə zamanı bir neçə bıçaq zərbəsi endirib.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Yaralının yaxınlarının bildirdiyinə görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 67 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »