“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərinin rolu” adlı tədbir keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 30 noyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetində tədbir keçirildi.

İctimai Birliyin sədri Rauf Zeyni çıxış edərək tədbiri açıq elan etdi. Çıxışında gənclərin daha uğurlu bir şəxs kimi formalaşmasında təhsilin və vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə rol oynadığını vurğuladı.

O, “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirib ki, dövlətin uğurlu inkişafında Vətəndaş Cəmiyyətinin inkişafından asılıdır. Daha sonra, layihənin eksperti, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək keçmişə nəzərən indiki dövrdə gənclərin uğur qazanmaları üçün hər bir şəraitin mövcudluğundan və bundan səmərəli şəkildə bəhrələnmək lazım olduğunu bildirdi.

Son olaraq, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova tədbir iştirakçılarını salamlayaraq gənclərin uğurlu karyerasında könüllülüyün əhəmiyyətdən danışıb. O qeyd edib ki, gənclər üçün fürsətlər, imkanlar çoxdur, bundan düzgün şəkildə yararlanaraq daha bilikli, təcrübəli, uğurlu gənclik və sağlam düşüncəli cəmiyyət formalaşa bilər.

Sonda, Rauf Zeyni başda Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayev olmaqla, bütün kollektivinə öz təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.