Axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşları Emil Ələkbər oğlu Dadaşev, Ədalət Əzim oğlu Əzimov və Elçin Mirzə oğlu Mirzəyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.
Hər 3 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.
Noyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.