Pakistanda dəhşətli partlayış: ölü və yaralılar var

0

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində partlayış törədilib.

Axar.az xəbər verir ki, bu barədə yerli GEO telekanalı məlumat yayıb.

Partlayış zamanı 3 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir.

Kvetta şəhər polisinin rəsmisi Abdul Həqq Umxani yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »