İranda həbsdə olan belçikalı aclıq aksiyası keçirir

0

İranda həbsdə olan Olivier Fan Kastiel adlı belçikalı yardım işçisi aclıq aksiyası keçirir.

Axar.az xəbər verir ki, Kastielin ailəsinin verdiyi məlumatda məhbusun 2 həftədir aclıq aksiyası keçirdiyi bildirilir. Ailəsi onun səhhətindən narahatlığını ifadə edərək, 41 yaşlı Kastielin dəhşətli ədalətsizliyə məruz qaldığını deyib.

Qeyd edək ki, 41 yaşlı yardım işçisi Olivier Fan Kastiel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur. O, missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib.

 84 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »