İranlı general: Etirazlarda 300 nəfər ölüb

0

İranda etirazçılarla hökumət qüvvələri arasında baş vermiş qarşıdurmalar nəticəsində 300-dən çox adam ölüb.

İctimairey.az xəbər verir ki, bunu İran ordusunun generalı Əli Hacızadə “Associated Press”ə açıqlamasında bildirib.

Qeyd edilib ki, iki aydan çoxdur davam edən etirazlarda həlak olanlarla bağlı rəsmi statistika yoxdur.

Bununla belə, İranın insan haqları təşkilatı NRAHA 450 etirazçı və 60 təhlükəsizlik əməkdaşının öldüyünü bildirib. Hüquq müdafiəçilərinin məlumatına görə, iğtişaşlar səbəbindən 18 mindən çox şəxs saxlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »