Almaniya vətəndaşlığı almaq asanlaşır

0

Almaniya kansleri Olaf Şolts ölkə vətəndaşlığının alınması qaydaları ilə bağlı islahatlara çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“Naturallaşma daha yaxşı qaydalara ehtiyac duyur. Bu, təbii ki, bizim rifahımızla bağlıdır. Çünki bütün insanlar güclü iqtisadiyyata töhfə verirlər. Onlar da Almaniya vətəndaşlığını seçsələr, yaxşı olar”, – Şolts deyib.

Kansler Almaniyanın yenidən qurulmasında və möhkəmlənməsində mühacirlərin oynadığı mühüm rolu vurğulayıb:

“Almaniya çoxlarının ümid ölkəsinə çevrilib. Almaniyaya gələn qadınların, kişilərin, bəzən də uşaqların iqtisadiyyatımızın indiki kimi güclü olmasına böyük töhfələr veriblər”.

Qeyd edək ki, vətəndaşlıq qaydalarında dəyişiklik üç partiyalı koalisiyanın həyata keçirməyə söz verdiyi əsas islahatlardan biridir.

Alman mediası daha əvvəl Daxili İşlər Nazirliyinin Almaniyada yaşayan əcnəbilərə səkkiz deyil, beş il ərzində vətəndaşlığa qəbul üçün müraciət etməsinə icazə verən qanun layihəsi hazırladığını xəbər vermişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »