ABŞ Ukraynaya daha çox müfəttiş göndərəcək

0

ABŞ Prezidenti Co Bayden respublikaçıların Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarətin gücləndirilməsi tələbi ilə razılaşır. Lakin o, qorxur ki, ABŞ hərbi müfəttişlərinin Ukraynada fəaliyyətinin genişlənməsi Moskva tərəfindən Vaşinqtonun münaqişədə birbaşa iştirakı kimi qəbul edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ administrasiyasının nümayəndələrinə və qanunvericilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hökumətin icraedici qolu son həftələrdə Ukraynaya silah tədarükünü izləmək səyləri haqqında daha fəal hesabat verməyə başlayıb:

“Administrasiya bu yolla yanvarda işə başlayacaq yeni Nümayəndələr Palatasında səs çoxluğu əldə edən respublikaçıların addımlarını qabaqcadan öyrənməyə çalışır. İndiyə qədər Bayden administrasiyası münaqişənin gərginləşməsindən qorxaraq müfəttişlərin və digər hərbi mütəxəssislərin Ukraynaya daha sıx göndərilməsi tələblərinə qarşı çıxıb”.

 56 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »