Türk ordusu bu əraziləri götürməlidir – General

0

Türkiyə mütləq şəkildə öz sərhədlərinin mühafizəsini təmin etməlidir. Bunun üçün Silahlı Qüvvələrimiz müəyyən əraziləri nəzarətə götürməlidir.

Bu sözləri Axar.az-a Türkiyənin Suriyanın şimalında quru əməliyyatı keçirmək niyyətinə ABŞ və Rusiyanın münasibəti haqqında danışan Türkiyə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin deyib.

Pekin ABŞ və Rusiyanın Türkiyəni itirmək istəmədiyini bildirib:

“Rusiya və ABŞ-ın Türkiyəni yanında görmək, YPG-ni isə əldən verməmək hədəfi var. ABŞ və Rusiya YPG terror təşkilatını bir-birilərinin nəzarətindən tam çıxarmaq, yalnız özlərinə tabe etmək üçün çalışır. Bölgədə belə bir oyun gedir.

Rusiya hazırda Ukraynada müharibədədir və iki cəbhədə vuruşmaq Moskva üçün ağır olduğundan, Tel-Rıfat, Menbiç kimi yerlərdə nəzarəti Əsəd rejiminə verdi. Digər tərəfdən ərazidə İran milisləri də var.

Başqa sözlə, Suriya rejimi ölkə ərazisində təhlükəsizliyi təmin edə bilmir. Rusiya cənab Ərdoğanın Əsədlə görüşməsinə çalışır. ABŞ isə geri çəkilərkən nəzarəti itirmək istəmir. Çünki həm İsrailin təhlükəsizlik məsələsi gündəmdədir, həm də Suriyadan İrana təzyiq vasitəsi kimi istifadə planı var. Türkiyə də öz milli mənfəətləri üçün sadaladığımız fürsətlərdən faydalanmaq istəyir. Dövlətimiz Suriyada bir quru hərəkatı planlaşdırır. Lakin bunun üçün, fikrimcə, Suriya ilə də anlaşmaq lazımdır. Əgər Türkiyə bölgə ölkələri ilə razılaşsa, ABŞ tək qalar.

ABŞ və Rusiya öz mənfəətlərinə uyğundur deyə, Türkiyənin quru hərəkatına başlaması halında sabitliyin pozulacağı, terrorun geri qayıdacağı haqqında açıqlama verirlər. Yəni əba altından sopa göstərirlər. Amma indi Vaşinqton və Moskva nə edəcəyini bilmir. Bu vəziyyət riskli olsa da, Türkiyə üçün bir fürsətdir”.

General qeyd edib ki, quru əməliyyatı gerçəkləşdirilməzdən əvvəl kəşfiyyat fəaliyyəti və planlaşdırmaya xüsusi diqqət yetirmək lazımdır.

 62 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »