Rusiya 9 ayda müharibəyə bu qədər xərcləyib

0

Ukraynada müharibənin 9 ayı ərzində Rusiyanın hərbi xərcləri təxminən 82 milyard dollar təşkil edib ki, bu da ölkənin illik büdcəsinin 1/4-ni təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bildirilib ki, 2021-ci ildə Rusiyanın büdcə gəlirləri 340 milyard dollar təşkil edib.

Ən böyük xərclər ordunun təminatı (28,7 milyard), itirilmiş texnika (20,8 milyard) və hərbçilərin maaşları (15,6 milyard) ilə bağlı olub.

“Yalnız ordunun təminatı ilə bağlı danışsaq, o zaman ən böyük xərcin (14,1 milyard) raketlərin istifadəsinə aid olduğunu deyə bilərik. Rusiya Ukraynaya 4 mindən çox raket buraxıb və bunların da orta dəyəri 3 milyon dollar təşkil edir. Bundan əlavə, artilleriya təminatı üçün də 6,6 milyard dollar xərclənib”, – deyə bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »