Xameneinin bacısı qızı həbs edildi

0

İran İslam Respublikasının ali dini lideri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani ötən gün həbs edilib.

“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani Tvitterdə yazıb.

O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

O 2018-ci ilin iyununda Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »