Qubada itkin düşən şəxsin meyiti tapıldı

0

Oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İsgəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »