Putin bunu etməyə çalışdı, amma Paşinyan… – Kuznetsov

0

Mən Nikol Paşinyanın bu cür hərəkətlərinin Qərbin və ya erməni diasporunun Amerika, Qərbi Avropa və ya Yaxın Şərqin bəzi maraqlarına və ya vədlərinə əsaslandığı fikrinin tərəfdarı deyiləm. (Söhbət Paşinyanın Ermənistanda keçirilən KTMT sammitinin yekun sənədinə qol çekməməsindən gedir – red.). Əminəm ki, Ermənistan baş nazirini sırf daxili siyasi merkantil şərait, məhdud resursların obyektiv şəraitində hakimiyyəti qorumaq istəyi idarə edir.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“KTMT-nin dövlət başçılarının İrəvan sammiti açıq şəkildə göstərdi ki, Rusiya və Prezident Vladimir Putin beynəlxalq hüquq və beynəlxalq münasibətlər çərçivəsində Ermənistan hakimiyyətini Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması şərtilə Bakı ilə sülh müqaviləsi imzalamağa məcbur etmək üçün mümkün olan maksimum təzyiq göstərir. Ümid edirəm ki, bu fakt Bakıda heç kimdə şübhə doğurmur. Ancaq 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalamaq üçün əvvəllər səsləndirilən fikirlər, məncə, mümkün deyil. Səhv etsəm, sevinərəm, amma Ermənistanla Azərbaycan arasında belə qısa müddətdə sülhün bərqərar olması istiqamətində vəziyyətin köklü şəkildə dəyişməsinin ilkin şərtlərini görmürəm”, – deyə ekspert qeyd edib.

 54 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »