Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniyaya müraciət edərək, Polşaya təklif edilən “Patriot” batareyalarının qərb sərhədi yaxınlığında yerləşdirilməsi üçün Ukraynaya təhvil verilməsini xahiş edib.
Axar.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
“Rusiyanın növbəti raket hücumlarından sonra mən Almaniyadan Polşaya təklif olunan “Patriot” batareyalarının Ukraynaya verilməsini və qərb sərhədində yerləşdirilməsini xahiş etdim. Bu, Ukraynanı daha çox itkilərdən xilas edəcək və şərq sərhədimizdə təhlükəsizliyi artıracaq”, – Blaşçak bildirib.
Qeyd edək ki, analoji təkliflə ötən gün Polşanın hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski çıxış etmişdi.