Roma Papası Fransisk 1930-cu illərin əvvəllərində Ukraynada Stalinin süni şəkildə yaratdığı aclıq qurbanlarını xatırlamağa çağırıb.
Bu barədə mediada məlumat yayılıb.
Papa Ukraynaya edilən hücumları Qolodomor zamanı baş verən soyqırımla müqayisə edib:
“Gəlin, bu soyqırımın qurbanları üçün dua edək. Eyni zamanda, bu gün təcavüzdən əziyyət çəkən bütün ukraynalılar, uşaqlar, qadınlar, qocalar üçün də dua edək”.