Ərdoğanla Əsədi görüşdürə bilərik – Rusiya

0

Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş təşkil etməyə hazırdır.

Bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Hər iki tərəfin istəyi olsa, Moskvanın belə bir görüşü təşkil edəcəyini düşünürəm. Hətta buna şübhə etmirəm. Belə bir görüş son dərəcə vacibdir. Lakin görüş düzgün hazırlanmalı, bunun üçün müəyyən şərtlər yetişməlidir”, – Lavrentyev bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »