Türkiyə onlara 45 milyard xərclədi

0

II Dünya müharibəsindən sonra yaşanan ən böyük köç dalğasında Türkiyə beynəlxalq quruluşların dəstəyinə nisbətdə miqrantlara daha böyük miqyasda yardım etmiş, öz mənbələrindən 45 milyard dollar xərcləmişdir.

Bu sözləri Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Dərya Yanık deyib.

“Bu baxış bucağımızı Prezident Rəcəb Tayyib Ərdoğanın sözləri ilə ifadə etsək, deyə bilərik ki, heç kimi etnik mənsubiyyəti, mədəniyyəti, dini səbəbindən rədd etmədik. Tariximizin, inancımızın və mədəniyyətimizin tələb etdiyi bu xidməti bundan sonra da yerinə yetirməyə davam edəcəyik”, – deyə o bildirib.

Nazir Ukrayna böhranından dolayı Türkiyəyə gətirilən uşaqlardan da danışıb:

“Dünəndən etibarən Ukraynada bir qrup uşağı və onlarla barəbər baxıcılarını qəbul etdik. Bu işdə yanımızda olan Avropa Birliyi ilə əməkdaşlığımızın artmasını arzu edirəm”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »