SEPAH ən gözəl qızları seçib… – AP-dan dəhşətli fakt

0

Avropa Parlamentinin son iclasında nümayəndələr İrandakı vəziyyəti müzakirə edərək, etirazçılara qarşı repressiyaların gücləndirilməsi məsələsini gündəmə gətirib.

Axar.az xəbər verir ki, iclasda SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi, həmçinin İranın Avropa Birliyi ərazisindəki səfirliklərinin bağlanması tələb olunub.

Almaniyanın Yaşıllar Partiyasının Avropa Parlamentindəki nümayəndəsi Hanna Neumann SEPAH-ın etirazçılara təcavüz etməsi məsələsinə diqqət çəkib.

“SEPAH üzvləri ən gözəl xanımları seçərək başqalarını etiraz aksiyalarına qoşulmaqdan çəkindirmək üçün təcavüz edir. Onlar Avropa Birliyinin terrorçu qruplaşmaları siyahısına düşmək üçün daha nələr etməlidirlər?” – almaniyalı nümayəndə bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »