Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı komissiya yaradılıb.
Bu barədə akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.
Qərarla Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər Planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.
İ.Həbibbəyli bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir.