Rusiya Türkiyəni Suriyadakı əməliyyatları dayandırmağa çağırır

0

Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırır.

Modern.az “Ria Novosti”ə istinadən xəbər verir ki, Lavrentyev çağırışında “bölgədə gərginliyin artmasına yol verilə bilməz” deyib.

O, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqların 19-cu raundunun əvvəlində bildirib: “Biz türk həmkarlarımızı Suriyanın təkcə şimal və şimal-şərq bölgələrində deyil, bütün ərazilərində gərginliyin artmasının qarşısını almaq üçün müəyyən təmkin nümayiş etdirməyə çağırırıq”.

Lavrentyevin sözlərinə görə, bu məsələ ilə bağlı bütün maraqlı tərəflərlə iş davam etdirilməli, “kürd məsələsi”nin sülh yolu ilə həllinə çalışılmalıdır.

Lavrentyev qeyd edib ki, Türkiyə Suriya və İraqdakı hava əməliyyatı ilə bağlı Rusiya Federasiyasını əvvəlcədən xəbərdar etməyib, məsələ Astanadakı görüş zamanı müzakirə olunacaq.

“Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkinməyə inandıracağıq”, – Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib.

O əlavə edib ki, Türkiyənin Suriya və İraqa endirdiyi zərbələr noyabrın 13-də İstanbulda törədilən terror aktı ilə təhrik edilib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi onu da vurğulayıb ki, ilin əvvəlindən Moskva Ankaranın mümkün quru əməliyyatı ilə bağlı bəyanatları fonunda Türkiyənin Suriyada quru əməliyyatının qarşısını almaq üçün əlindən gələni edib.

 58 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »