Kukla Teatrındakı yoxlamanın səbəbi açıqlandı – RƏSMİ

0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

Bu barədə İctimairey.az-a Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat evrilib.

Bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb:

“Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək. Bütün media mənsublarına göstərdikləri diqqət və anlayışa görə təşəkkür edirik”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »